CƏMİYYƏT


Qubada “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr keçirilib

2015-ci ildən etibarən neftin qiymətinin kəskin düşməsi və yeni makroiqtisadi mənzərə iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və daha intensiv xarakter almasına imkan yaradıb. Yaranan yeni şəraitə adekvat reaksiya bu gün ciddi iqtisadi nəticələr əldə etməyə imkan verib. Dövlətimizin başçısının iqtisadi islahatlar üzrə siyasəti davamlı və dayanıqlı xarakter daşıyır. AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 21-i Qubada “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən regional ictimai müzakirələrdə səsləndirilib.