MƏDƏNİYYƏT


Şəkili gənc: “ABAD”a qoşulduqdan sonra biznesimi daha da genişləndirmək üçün çox yaxşı imkan yaranıb

“ABAD”ın dəstəklədiyi şəkili gənc sənətkar Elxan Kərimov 6 ildir ki, ağac oyma sənəti ilə məşğul olur. Uşaqlıqdan rəssamlığa böyük maraq göstərən gənc orta məktəbi bitirdikdən sonra dekorativ-tətbiqi xalq sənətkarlığı ixtisası üzrə təhsil alıb. AZƏRTAC xəbər verir ki, 25 yaşlı gənc rəssam hazırda Şəki şəhərinin qoruq ərazisində yerləşən “Sənətkarlar evi”ndəki emalatxanasında fəaliyyət göstərir. Gənc sənətkarın daş, kətan, kağız üzərində çəkdiyi rəsmlər, taxtadan hazırladığı kiçikölçülü suvenirlər yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanır.