Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

13 yaşlı Azərbaycanlı qızın şərq motivləri əsasında rəqsi НТВ-də

23.10.2017 [12:21]

Xəbərin mətni
Rusiyanın НТВ televiziya kanalında yayımlanan "Tı super" Tansı" müsabiqəsində yarışan azərbaycanlı iştirakçısı Sevda Fətullayeva layihənin ikinci turuna çıxa bilməyib. Həmyerlimiz məşhur türk müğənnisi Tarkanın "Dudu" mahnısının sədaları altında şərq motivləri əsasında hazırlanmış rəqsini nümayiş etdirib. Yeniyetmə ifası ilə müsifləri və tamaşçıları özünə heyran etsə də, ikinci tura keçə bilməyib. Münsiflər — xoreoqraf və quruluşçu rejissor Yeqor Drujinin, balerina və Moskvanın Böyük teatrının solisti Kristina Kretova, xoreoqraf Yevgeni Papunaişvili və aktrisa Anastasiya Zavorotnyuk Sevdanı növbəti layihələrdə görməyə ümid etdiklərini bildiriblər.