SİYASƏT


Rocer Nkodo Danq: Azərbaycanda olan tolerantlığı dünyanın heç bir ölkəsində tapa bilmərik

Oktyabrın 24-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin sədri Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Pan-Afrika Parlamenti sədrinin ölkəmizə ilk səfərinin qarşılıqlı faydalı əməkdaşlığın uğurlu başlanğıc olacağına ümidvar olduğunu bildirib. Qeyd edilib ki, səfər çərçivəsində qonaqlar ölkəmizin zəngin tarixi keçmişi, hazırkı nailiyyətləri və perspektivləri barədə geniş məlumat alacaqlar.