MƏDƏNİYYƏT


Patti Ostinin Bakı konsertinin repertuarı açıqlandı

Tanınmış amerikalı caz ifaçısı, "Qremmi" mükafatı laureatı Patti Ostin noyabrın 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertində tamaşaçılara maraqlı proqram təqdim edəcək. P.Ostin "cazın birinci ledisi" Ella Fitzercaldın xatirəsinə ithaf etdiyi "For Ella" albomundan kompoziyaları ifa edəcək. Caz həvəskarları konsertdə "Too Close For Comfort", "Honeysuckle Rose", "You’ll Have To Swing It", "Our Love Is Here To Stay", "A Tisket A Tasket", "Miss Otis Regrets", "The Man I Love", "Hearing Ella Sing" və digər hitləri dinləyə biləcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır