Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə göyərçini xilas edən zaman tok vuran gənc çobanın əlləri kəsildi

25.10.2017 [15:48]

Türkiyənin Ağrı bölgəsinin Diyadin rayonuna bağlı Günbuldu kəndində elektrik dirəyinə ilişən göyərçini azad etmək üçün dirəyə çıxan gənc çobanın başına bədbəxt hadisə gəlib. O, quşu azad etdikdən sonra dirəkdən düşmək istəyən zaman onu tok vurub. Xəstəxanaya gətirilən 17 yaşlı Ramazan Taşdemirin hər iki qolu dirsəkdən kəsilib. Heyvansevərlər ona protez qol taxılması üçün əllərindən gələni etməyə çalışırlar.