Gəncədə 3 min ildən çox tarixi olan kurqanlar aşkarlanıb
25.10.2017 [19:24]
Xəbərin mətni
Gəncənin tarixini araşdıran arxeoloq alimlər Heydər Əliyev Park Kompleksindəki ərazidə yaşı təxminən 3 min 300 il olan, Son Tunc dövrünə aid kurqanlar aşkar ediblər.
Bu barədə AZƏRTAC-a arxeoloji qazıntılar üzrə ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov məlumat verib.