CƏMİYYƏT


Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işlər sürətlə davam etdirilir REPORTAJ

Hazırda tikintisi davam edən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində işlərin hansı səviyyədə olduğu hər kəs üçün maraqlıdır. Elə bu məqsədlə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə əraziyə media-tur təşkil olundu. Media nümayəndələri tikinti işlərinin gedişatı ilə yaxından maraqlanıblar.