Bakı-Tbilisi-Qars dəmir yolu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialını xeyli gücləndirəcək
26.10.2017 [15:06]
Xəbərin mətni
Bu fikri Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev oktyabrın 26-da keçirdiyi brifinqdə deyib.
Səfirin sözlərinə görə, Bakı-Tbilisi-Qars təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, həm də İpək yolu üzərində Asiya və Avropanı birləşdirən bütün ölkələrin nəqliyyat-tranzit əməkdaşlığının inkişafına təkan verəcək irimiqyaslı layihədir.