Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq Yazıçısı Elçinin yaradıcılıq yolu akademikin kitabında

26.10.2017 [18:24]

Xəbərin mətni
Oktyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi, akademik Nizami Cəfərovun Xalq Yazıçısı Elçinin həyat və yaradıcılığına həsr olunmuş “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və ictimai xadimləri iştirak ediblər.