SİYASƏT


Azərbaycanın davamlı innovativ inkişafı ilə bağlı göstəricilər Macarıstanda keçirilən tədbirdə maraqla qarşılanıb

Macarıstanda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərov, bu ali təhsil ocağının elmi təşkilat şöbəsinin müdiri dosent Rəcəb Rəhimli Azərbaycanın Macarıstandakı səfiri professor Vilayət Quliyevin iştirakı ilə Daha Yaxşı Macarıstan Uğrunda Partiyasının sədr müavini, Avropa Şurası Parlament Assambleyasında Macarıstan nümayəndə heyətinin üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Cöncöşi ilə görüşüb.