CƏMİYYƏT


Bakıda "Japan Food Expo-2017" sərgisi açılıb

Oktyabrın 27-də Bakıda Yapon Məhsulları Sərgisinin ("Japan Food Expo-2017") açılış mərasimi keçirilib. Sərginin media partnyoru olan AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, Azərbaycan ilə Yaponiya qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirir. Belə ki, Yaponiya şirkətləri Azərbaycanda bir sıra infrastruktur layihələrində fəal iştirak edir.