MƏDƏNİYYƏT


Azərbaycan Dövlət Rəqs Ansamblı Moskva səhnəsində

Rusiya paytaxtının mədəni həyatında əlamətdar hadisəyə çevrilən iki hissədən ibarət “Mənim Azərbaycanım” konsert proqramında milli rəqslərimiz, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış milli balet təqdim olunub. Konsertdə xalq rəqsləri ilə yanaşı, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri əsasında səhnələşdirilmiş rəqslər təqdim olunub. “Qaytağı”, “Nəlbəki”, “Qazaxı” və digər xalq rəqslərimiz xüsusi maraqla qarşılanıb.