CƏMİYYƏT


Xaçmazın telekommunikasiya infrastrukturu yenidən qurulub

Sabit genişzolaqlı şəbəkədə internetdən istifadə sürətinin artırılması məqsədilə Xaçmaz rayonunun bütün ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulub, köhnə avadanlıqlar müasirləri ilə əvəzlənib. AZƏRTAC xəbər verir ki, genişzolaqlı şəbəkənin tətbiqinin artırılmasına xidmət edəcək yenidənqurma işləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən pilot layihə çərçivəsində görülür.