RƏSMİ


Prezident İlham Əliyev Qvatemalanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lars Henrik Pira Perezin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Lars Henrik Pira Perez fəxri qarovul dəstəsinin qarşısından keçdi. Lars Henrik Pira Perez etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.