Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

27.10.2017 [17:41]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Mark İnnes-Braun fəxri qarovul dəstəsinin qarşısından keçdi. Mark İnnes-Braun etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Bölmənin digər videoları