RƏSMİ


Prezident İlham Əliyev Bakıda yeni istifadəyə verilən idman və istirahət parkında yaradılan şəraitlə tanış olub

Oktyabrın 28-də Bakının Səbail rayonunda yeni idman və istirahət parkı istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkda yaradılan şəraitlə tanış olub. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.