Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əl işi Vyanada sərgilənən Lahıclı sənətkar

30.10.2017 [11:30]

Xəbərin mətni
İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın misgərlik paytaxtı hesab olunur. Qədim misgərlik ənənələrini bu gün də yaşadan sənətkarların yaşadığı qəsəbədə fəaliyyət göstərən adlı-sanlı ustalardan biri də Nəzər Əliyevdir. AZƏRTAC xəbər verir ki, Nəzər usta Lahıcın mərkəzi küçəsindəki emalatxanasında Bakıdan aldığı xammal ilə müxtəlif mis məmulatlar hazırlayır. O, qədim əl işlərini daim araşdırır, onların naxışlarında istifadə olunan milli ornamentləri müəyyənləşdirir və hazırladığı əl işlərində istifadə edir.