DÜNYA


Avstriyada şiddətli fırtına və külək

Mərkəzi Avropada tüğyan edən şiddətli fırtına və küləklər Avstriyada da gündəlik həyatı çətinləşdirir. AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, Avstriyanın Zalsburq şəhərində çəkilmiş görüntülərdə hava limanına enən təyyarənin fırtına səbəbindən çətin anlar yaşadığı əks olunub. Şəhərdəki bir çox park və bağ ağacların aşma təhlükəsi səbəbindən bağlanılıb. Qeyd edək ki, son günlərdə fırtına nəticəsində Avropada beş nəfər həyatını itirib.