Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya mətbuatı və KİV-ləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimini geniş işıqlandırıb

31.10.2017 [12:06]

AZƏRTAC xəbər verir ki, bununla bağlı dərc olunan məqalələrdə layihənin tarixi əhəmiyyəti vurğulanır, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi İpək Yolunun bərpası olduğu diqqətə çatdırılır. Ekspertlər əminliklə bildirirlər ki, sülh və inkişaf layihəsi olan bu dəmir yolu yaxın zamanlarda çoxşaxəli şəkildə onlarla ölkəni özünə cəlb edəcək.