MƏDƏNİYYƏT


Qaxda “Milli mətbəx və bal bayramı” keçirilib

Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 31-də Qax şəhərində “Milli mətbəx və bal bayramı” keçirilib. Rayon Mədəniyyət Mərkəzində təşkil edilən bayram tədbirində Qaxın, eləcə də qonşu Zaqatala, Şəki və Oğuz rayonlarının milli mətbəxinə aid nümunələr, həmçinin xalq sənətkarlarının, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilib.