“Yevronyus” Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından süjet yayımladı
31.10.2017 [20:40]
AZƏRTAC xəbər verir ki, süjetdə layihənin tarixi əhəmiyyəti vurğulanır, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi İpək Yolunun bərpası olduğu diqqətə çatdırılır. Mərasimin Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstan, Kazaxıstan, Özbəkistan baş nazirlərinin iştirakı ilə həyata keçirildiyi vurğulanır.