MƏDƏNİYYƏT


Bakı Metrosunda “Köhnə Bakı” sərgisi təşkil olunub

Noyabrın 1-də metronun “Nəriman Nərimanov” stansiyasının keçidlərində “Köhnə Bakı” sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgi “Bakı Metropoliteni” QSC və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdir. “Bu layihə çərçivəsində indiyə kimi “Gənclik” və “Nəriman Nərimanov” metro stansiyalarında müxtəlif sərgilər həyata keçirilib. Adından göründüyü kimi sərgi köhnə Bakının fotolarından təşkil olunub”, - deyə Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə açıqlamasında bildirib.