Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tələbə və böyük sənətlər şəhəri - Münster

01.11.2017 [22:09]

Əhalisi 300 min nəfər olan Münster 1,5 milyon insanın yaşadığı Münsterlend regionunun inzibati mərkəzidir. Almaniyanın ən böyük universitetlərindən birinin yerləşdiyi Münster ölkədə və dünyada haqlı olaraq həm “gənclər şəhəri”, həm də velisopedçilər üçün ən əlverişli şəhər hesab edilir.