RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çox yaxşı əlaqələrin, yüksək səviyyəli əməkdaşlıq formatının mövcud olduğunu deyən dövlətimizin başçısı Monteneqro Prezidenti və Baş nazirinin Azərbaycana, özünün isə Monteneqroya səfərlərini məmnunluqla xatırladı...