RƏSMİ


Prezident İlham Əliyev İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ölkəmizə səfərinin səmərəli və maraqlı keçdiyini və bunun Azərbaycan ilə dostluğun möhkəmləndirilməsi baxımından önəmli olduğunu qeyd etdi.