“Azərbaycan ailəsi-2017” IX film festivalının qalibləri mükafatlandırılıb
02.11.2017 [19:53]
Xəbərin mətni
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi-2017” IX film festivalına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində dövlət qurumları nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirakı ilə festivalın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.