MƏDƏNİYYƏT


Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Əmrə İnstitutunun, Türkiyənin Gəncədəki Baş konsulluğunun və regional mədəniyyət və turizm idarəsinin təşkilatçılığı ilə IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib. İndiyədək Türkiyənin Eskişəhir, Qazaxıstanın Almatı, Astana şəhərlərində təşkil olunmuş festivalda Qazaxıstan, Qırğızıstan və Azərbaycandan 100-dək 12 yaşlı uşaq, o cümlədən Gəncə, Şəmkir, Ağstafa regional mədəniyyət və turizm idarələrinin nəzdində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.