MƏDƏNİYYƏT


Emin Eminzadənin "Monoloq"u

Amerikada yaşayan və təhsil alan gənc azərbaycanlı vokalçı Emin Eminzadənin "Monoloq" adlı klipi yayımlanıb. "Monoloq"un çəkilişləri Massaçutest ştatının Boston şəhərində olub. Dmitri Qordevskiy tərəfindən lentə alınan ekran işinin ssenarisini isə ifaçı özü yazıb. Klipdə ifaçı musiqiyə olan sevgisi haqda danışır. Qeyd edək ki, 20 yaşlı ifaçı həm də Bakı Musiqi Akademiyasının tələbəsidir.