DÜNYA


Futbol azarkeşləri təhlükəsizlik qaydalarını izah edən stüardessanı güldürdülər

Fransa Hava Yollarına məxsus təyyarədə uçuş zamanı maraqlı anlar yaşanıb. Belə ki, futbol matçını seyr etmək üçün Parisdən Uelsə uçan təyyarədəki azarkeşlər stüardessaya təhlükəsizlik qaydalarını izah etməyə imkan verməyiblər. Uca səslə mahnı oxuyub, zarafat edən, stadion ab-havası yaradan azarkeşləri gəmi kapitanı da sakitləşdirə bilməyib. Stüardessa isə qaydaları gülə-gülə izah edib. VİDEO: Newsflare
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır