SİYASƏT


BMT-nin korrupsiya əleyhinə beynəlxalq tədbirində Azərbaycandakı təkmil dövlət xidmətləri haqqında danışılıb

Noyabrın 6-da Avstriyanın Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının 7-ci sessiyası başlayıb. Tədbirdə Konvensiyaya tərəf 183 dövləti, müşahidəçi statusuna malik dövlətləri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını təmsil edən 1800-dən çox nümayəndə iştirak edir.