Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində konteynerlərin daşınma imkanları araşdırılır
07.11.2017 [16:11]
Xəbərin mətni
Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırması müzakirə edilir.
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Bakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti inkişafı üzrə İşçi Qrupunun dördtərəfli görüşü keçirilir.