RƏSMİ


Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib
Prezident İlham Əliyev mərasimdə iştirak edib

Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə nitq söylədi.