SİYASƏT


ABŞ-ın Monterey şəhərinin mərkəzi küçəsi Azərbaycan bayraqları ilə bəzədilib

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, diplomatik nümayəndəliyin Monterey Şəhər Şurası ilə birlikdə şəhər meriyasının qarşısında keçirdiyi tədbirdə şəhər rəhbərliyi, iş adamları, KİV təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də ABŞ Müdafiə Nazirliyinin Montereydə yerləşən nüfuzlu ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak ediblər. Daha sonra Azerbaycanın Dövlət Bayrağı Gününün şərəfinə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi Azərbaycan bayraqları ilə bəzədilib.