MƏDƏNİYYƏT


Nabran turizm zonasının yaxınlığındakı qədim qəbiristanlıqda arxeoloji araşdırmaların aparılmasına ehtiyac var

Xaçmazın Susayqışlaq kəndinə yerləşən qədim yaşayış yeri və qəbiristanlıqda arxeoloji araşdırmaların aparılmasına ehtiyac var. AZƏRTAC xəbər verir ki, kəndin yaxınlığında meşəlik ərazidə yerləşən tarixi məkanda qədim yaşayış yeri, 20-dən çox qədim məzar daşı, kurqan olması ehtimal edilən iki təpəlik mövcuddur.