MƏDƏNİYYƏT


Şahin Növrəsli Parisdə iki gün konsert verib

Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək, Şərq və Qərb mədəniyyətlərini birləşdirən cazmen fransalı cazsevrlərin qəlbini fəth edib. O, bu konsertlərdə Azərbaycan xalq musiqisi, öz kompozisiyaları, Əhməd Camalın bəstələri və Amerika caz musiqisindən nümunələr səsləndirib. Konsertdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, səfirliyin əməkdaşları, eləcə də Parisdəki Azərbaycan icmasının üzvləri, Fransa paytaxtının cazsevərləri iştirak edib.