RƏSMİ


“Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış oldu. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır