MƏDƏNİYYƏT


Çıraqqalaya yeni ekoturizm marşrutu yaradılıb

Noyabrın 10-da “Çıraqqala” Tarix-Memarlıq Qoruğuna yeni yaradılan ekoturizm marşrutu üzrə ilk yürüş təşkil olunub. Şabran rayonu ərazisindəki tarixi abidə dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşir. AZƏRTAC xəbər verir ki, bu yürüşlə Prezident yanında Gənclər Fondunun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə ölkəmizdə aktiv turizmin təbliğ olunması məqsədilə həyata keçirdiyi yeni layihənin icrasına başlanılıb.