Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyasına başlanılıb

11.11.2017 [14:59]

Xəbərin mətni
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən kampaniya “Hərəyə bir ağac əkək” devizi altında keçirilir. Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, YAP-ın çoxsaylı üzvləri, deputatlar, ictimaiyyətin nümayəndələri, o cümlədən fəal gənclər iştirak ediblər.