CƏMİYYƏT


"Made in Azerbaijan" vahid ölkə stendi Çində

Azərbaycan şərabları ilk dəfə olaraq "Made in Azerbaijan" vahid ölkə stendi ilə Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən X Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində nümayiş olunur. AZƏRTAC xəbər verir ki, Asiya qitəsində müvafiq sahə üzrə ən böyük sərgi hesab olunan Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisinə bu il Azərbaycan da daxil olmaqla, 38 ölkədən 1070 iştirakçı qatılıb.