Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanı səslərin ahəngi ilə görən gənc

13.11.2017 [18:27]

Xəbərin mətni
Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür. Hazırda dünyada 124 milyon, Azərbaycanda isə 40 min nəfər görmə qüsurlu insan var. Dünya işığından məhrum olsalar da, bu insanların bir çoxu fitri istedad sahibidir. Onların arasında incəsənətin müxtəlif növləri ilə, o cümlədən musiqi ilə yaxından məşğul olan insanlar çoxdur. Belə insanlardan biri də Ağdam rayonunun Zəngişalı kənd sakini Şahlar Məmmədovdur. Onun səslərin ahəngi və barmaqlarının təması ilə ünsiyyət qurduğu dünyamızdan başqa özgə bir dünyası da var – musiqi dünyası.