CƏMİYYƏT


Zığ-Suraxanı yolunun bir hissəsinin yenidən qurulması yekunlaşır

Suraxanı rayonunun Zığ-Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2,7 kilometrlik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 metrə çatdırılıb. Yolun hərəkət hissəsinin eni 9 metr təşkil edir.