SİYASƏT


YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlıya səfər təşkil edib

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın Səbail rayon təşkilatının və Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər təşkil olunub. AZƏRTAC xəbər verir ki, Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlıya səfərdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevin rəhbərliyi ilə partiya fəallarından, o cümlədən rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrindən ibarət 90 nəfər iştirak edib.