Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib

14.11.2017 [16:53]

Xəbərin mətni
Noyabrın 14-də Sumqayıt Tarix Muzeyinin akt zalında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşəbbüsü ilə “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda növbəti regional ictimai müzakirə keçirilib. AZƏRTAC xəbər verir ki, müzakirə zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov çıxış ediblər.