Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda keçirilən tədbirdə Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti vurğulanıb

15.11.2017 [11:01]

Xəbərin mətni
Noyabrın 14-də Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışına həsr olunmuş tədbir keçirilib. Tədbirin əsas məqsədi Azərbaycanın yerləşdiyi regionda həyata keçirilən infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın ictimai və biznes dairələrinin məlumatlandırılması olub.