Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Braziliyanın xarici əlaqələr nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

15.11.2017 [14:24]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd etdi.