CƏMİYYƏT


Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub

Noyabrın 15-də Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (BTNM BA HŞB) ümumi yığıncağı keçirilir. Tədbirdə 2017-ci il üzrə BTNM BA HŞB-nin işinə dair yekun hesabat, 2018-ci il üçün daşınma həcminə dair planın təstiqlənməsi, 2018-ci il üçün BTNM BA HŞB-nin büdcəsinin təsdiqlənməsi, 2018-ci il üçün tədbirlər planının, ümumi yığıncaq iclasları üzrə planın, 2018-ci il üçün illik üzvlük haqqının miqdarının və həmçinin BTNM BA HŞB-nin ştat cədvəlinin təsdiqlənməsi məsələləri müzakirə olunub.