Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qız Qalası ətrafında "Sweet November" yemək festivalı keçiriləcək

15.11.2017 [18:41]

Noyabrın 23-dən 26-dək Qız Qalası ətrafında "Sweet November" yemək festivalı keçiriləcək. Festivalda müxtəlif adda ləzzətli təamları ilə tanınan kafe, restoran və yemək sferasında şəxsi bizneslə məşğul olanlar bu tədbirdə iştirak edə biləcəklər.