MƏDƏNİYYƏT


Almaniyanın atçılıq mərkəzi - Varendorf

Almaniyanın Münsterlend regionunun şəhərlərindən biri - Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Varendorf şəhəri rahat istirahət və maraqlı asudə vaxt keçirmək üçün turistlərə gözəl imkanlar təklif edir. Zümrüd meşələrin və mavi göllərin əhatəsində yerləşən şəhər ekoturizmi sevənlər üçün əla seçimdir. Varendorf Almaniyada atçılıq idmanının mərkəzi və çempionlar məkanı da sayılır. Burada yerləşən dövlət tövlələrində elit qaçağan atlar saxlanılır. Arzu edənlər üçün tövlələrə ekskursiyalar təşkil edilir.