SİYASƏT


Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi başa çatıb

Noyabrın 16-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qəsəbəyə baş çəkib, görülən işlərlə maraqlanıb. Baş nazirin müavini Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və tikinti şirkətlərinin rəhbərləri ilə birlikdə mənzillərdə yaradılan şəraitlə maraqlanıb və tikinti işlərinin növbəti mərhələsində inşa edilən klub-icma mərkəzinə baxıb. Mərkəzin binası 150 yerlik geniş zaldan, kitabxana və digər otaqlardan ibarətdir. Bina lazımi inventar və avadanlıqlarla təmin edilib.